Ermənistanda hökumət əleyhinə etirazlar davam edir
-
Ermənistanda hökumət əleyhinə etirazlar davam edir
Ermənistanın hakim partiyasının son qərarlarına etiraz olaraq paytaxt İrəvanda keçirilən etiraz aksiyaları artıq 3 gündür ki, davam edir.
İRİB-nin verdiyi məlumata görə, hakim partiyanın baş nazirlik postunun eks-prezident Serj Sarkisyana verilməsi ilə bağlı qərarı ölkə daxilində ciddi etirazlara səbəb olub. Xalq "Sarkisyan siyasətdən çəkil" şüarı ilə artıq üçüncü gündür ki, hakim partiyanın qərarına etiraz edir.
Etiraz aksiyasında iştirak edənlər Serj Sarkistanın siyasətdən getməsini və baş nazirlik vəzifəsindən kənarlaşdırılmasını istəyirlər. Narazı xalq kütləsi müxalifətdə olan siyasi partiyaları da bu etiraz aksiyasına qoşulmağa dəvət ediblər.
Vətəndaş Partiyasının başçısı və Ermənistan Parlamentinin üzvü Nikol Başinyan tərəfindən rəhbərlik edilən etiraz aksiyaları bazar günündən etibarən İrəvanın mərkəzi meydanında keçirilir.
Bir qrup qəzəblənmiş insan da dünən Ermənistanın dövlət radiosuna və İrəvan Universitetinə hücum etməyə çalışıb. Amma, polis onların qarşısını kəsib.
Ermənistan qanunlarına görə, baş nazir prezidentdən daha üstün səlahiyyətlərə malikdir.