Avstriyada sərt miqrasiya qanunları
https://azeri.sahartv.ir/news/dünya-i302982-avstriyada_sərt_miqrasiya_qanunları
Avstriya hökuməti qeyri-qanuni mühacirətlə mübarizə məqsədi ilə yeni sərt qanunlar qəbul edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2018 07:08 Asia/Baku
  • Avstriyada sərt miqrasiya qanunları
    Avstriyada sərt miqrasiya qanunları

Avstriya hökuməti qeyri-qanuni mühacirətlə mübarizə məqsədi ilə yeni sərt qanunlar qəbul edib

İRNA-nın verdiyi məlumata görə, Avstriya dövlətinin dünən qəbul etdiyi miqrantlara qarşı sərt qanunlar qarşıdan gələn həftələr ərzində ölkə parlamentində səsverməyə qoyulacaq. 

Yeni qanuna görə, Avstriyadakı miqrantlar coğrafi məlumatlara nəzarət üçün öz mobil telefonlarını müvafiq orqanların ixtiyarına verməli olacaqlar. Həmçinin işlərinə baxılması üçün 840 avro ödəməli olacaqlar. 

Yeni qanunlara görə, cinayət törətmiş miqrantların qovulması prossesi sürətlənəcək və qanuni yaş həddinə çatmamış miqrantlar da cinayət törətdikləri tərqdirdə qovulacaqlar. 

Avstriya kansleri Sebastian Kurts deyib ki, bu qanunlarda məqsəd qeyri-qanuni miqrasiya ilə mübarizədən ibarətdir. 

Avstriyada yeni qanun reaskiyalara da səbəb olub. 

Mitmenş adlı hüquq müdafiə qrupu Avstriya dövlətinin miqrantlardan pul alaraq onlara maliyyə təzyiq göstərməsini və mobil telefonlarını alaraq onların fərdi hüdudlarına müdaxilə etməsini qınayıb.