İrəvanda etiraz aksiyaları davam edir
-
İrəvanda etiraz aksiyaları davam edir
Ermənistanın paytaxtı İrəvanın baş meydanı dünən gecə də etirazçıların sabiq prezident və yeni baş nazir Serj Sarkisyana qarşı aksiyalarının şahidi olubdur.
Dövlətlə müxalif cinahın lideri Nikol Paşiniyan bir daha xalqdan və tələbələrdən tətil keçirmələrini, polis qüvvələrindən də xalqa qoşulmalarını istəmişdi.
Paşiniyan deyib: Biz azad və müstəqil bir ölkə istəyirik, amma Sarkisyan Ermənistanı diktatorluğa doğru sürükləyir.
Belə bir halda, Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşiniyanı dialoqa çağırıb, lakin qarşı tərəfin rədd cavabı ilə üzləşibdir.
Etirazçılar son günlər aksiyalar keçirərək, Serj Sarkisyanın baş nazir kimi hakmiyyətdə qalmaq üzrə cəhdini pisləyiblər.
Çərşənbə günü on min nəfərdən çox aksiyaçı İrəvanın Respublika meydanına tolaşıb və Serj Sarkisyanın baş nazirliyi ilə müxalifət istiqamətində ümumölkə kampaniyasını davam etdirəcəyinə təkid edibdir.