Nikaraquada qanlı aksiyada 10 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i303516-nikaraquada_qanlı_aksiyada_10_nəfər_ölüb
Dünən hökumətin iqisadi siyasətlərinə eləcə də təqaüdçülərin pensiyalarının azalmasına etiraz əlaməti olaraq minlərlə adam Nikaraquada aksiyalara qatılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 05:09 Asia/Baku
  • Nikaraquada qanlı aksiyada 10 nəfər ölüb
    Nikaraquada qanlı aksiyada 10 nəfər ölüb

Dünən hökumətin iqisadi siyasətlərinə eləcə də təqaüdçülərin pensiyalarının azalmasına etiraz əlaməti olaraq minlərlə adam Nikaraquada aksiyalara qatılıb.

İRİB-in verdiyi məlumata görə,  müxtəlif şəhərlər o sıradan paytaxtı Manaquada aksiyaçılarla polis arasında qarşıdurma baş verib. 

Qarşıdurmalarda 10 aksiyaçı ölüb və 20 nəfər yaralanıb. 

Dünəki aksiya Nikaraquada son günlərin ən geniş etiraz aksiyası olub. 

Nikaraquada etirazlar hökumətin təqaüdə çıxan vətəndaşların pensiyalarını 5 faiz azaldacağı və sosial təminatlarını məhdudlaşdıracağına dair öz qərarını bildirməsindən sonra geniş vüsət aldı. 

Nikaraquada etirazlar ötən çərşənbə günündən başlanıb.