Airbus Almaniyaya xəbərdarlıq edib
Apr 22, 2018 20:51 Asia/Baku
Airbus Defence şirkətinin icraçı müdiri Almaniyanı Avropanın hərbi müstəqilliyini mühafizə etmək üçün Amerikadan F-35 hərbi təyyarə almamağa çağırıb.
Drek Huk Volt M Suntak qəzetinə verdiyi açıqlamada deyib: Almaniya F-35 hərbi təyyarələrini Amerikadan alarsa, hərbi təyyarələrin istehsalı üçün Fransa ilə bütün əməkdaşlıqlar aradan qaldırılacaq.
Airbus Defence and Space şirkətinin icraçı direktoru Avropanı öz hərbi müstəqilliyini qorumağa çağırıb, Almaniyaya isə xəbərdarlıq edib ki, bu məsələ Paris və Berlinin 5-ci nəsl hərbi təyyarə istehsalı üçün səylərini zəiflədəcək.
Hukun açıqlaması elə bir şəraitdədir ki, Almaniyada Amerkanın Lakhild Martin şirkətinin F-35 tipli hərbi təyyarələrinin satın alınması barədə söz-söhbətlər gedir.