Hindistanlı qadın və qızlara təcavüzün artmasına etiraz üzrə aksiya keçirilib
Yüzlərlə Hindistan vətəndaşı radikal hindlilərin qadın və qızlara təcavüzünün davam etməsinə etiraz olaraq Heydərabadda aksiya keçirib.
İRİB-in Yeni Dehlidən verdiyi məlumata görə, aksiyaçılar Hindistanın müxtəlif bölgələrində qadınlara təcavüzü pisləyən plakatları əllərində tutaraq ölkə hökuməti və ədliyyə strukturundan cinayətkarlarla ciddi şəkildə mübarizə aparmalarını istəyiblər.
Etirazçılar həmçinin Hindistanın ədliyyə rəsmilərindən üç ay öncə qrup şəklində təcavüzə məruz qalan 8 yaşlı kəşmirli qız Asifənin qatillərinin cinayətə cəlb və edima edilməsini istəyiblər.
Bundan öncə də yüzlərlə hindli etirazçı şənbə günü Kəşmirin qış paytaxtı Camu şəhərində bir araya gələrək destabilliyə etiraz və 8 yaşlı qıza qrup şəklində təcavüz edən və onu faciəvi şəkildə qətlə yetirən cinayətkarların cəzalandırılmasını tələb edib.
Bundan öncə də Hindistan paytaxtı Yeni Dehli əhalisi hindlilərin cinayətlərinin davam etməsinə etiraz olaraq Narndra Mudi hökuməti əleyhinə aksiya keçirib.