Apr 24, 2018 09:13 Asia/Baku
  • Almaniyanın XİN rəhbəri ƏMTP-nin qüvvədə saxlanılmasını vurğulayıb

7-lər qrupunun XİN rəhbərlərinin iclasında iştirak etmək üçün Kanadada səfərdə olan Almaniyanın xarici işlər naziri bu qrupa üzv ölkələrin birlikdə Əhatəli Müştərək Təşəbbüs Proqramını mühafizə etmək ardınca olduqlarını bildirib.

İRNA-nın verdiyi məlumata görə, Almaniya XİN-i Heiko Masa istinadla bildirib ki, Orta şərqdə durum ƏMTP olmadan daha da təhlükəli olacaq, məhz buna görə də 7-lər qurupu Kanada iclasında İran ilə imzalanmış nüvə razılaşmasını mühafizə etmək üçün müştərək həll yolu ardıncadır. 

Almaniyanın XİN rəhbəri həmçinin dünən demişdi ki, Almaniya Kansleri Angella Merkel və Fransa prezidenti Emanuel Makron Amerikaya gözlənilən səfərlərində ABŞ prezidenti Donald Trampdan ƏMTP-dan çıxmamasını istəyəcəklər, ona görə ki, belə bir hərəkət daha böyük problemlərə gətirib çıxaracaq. 

Teqlər