Apr 25, 2018 11:57 Asia/Baku
  • Kəşmir qarşıdurmalarında altı nəfər ölüb
    Kəşmir qarşıdurmalarında altı nəfər ölüb

Hindistanın nəzarətində olan Kəşmirdə kəşmirli mübarizlərlə hind hərbçilər arasında qarşıdurma baş verib. Nəticədə 4 kəşmirli və iki hind hərbçisi ölüb.

Səhər Urdu radio-televiziya kanalının verdiyi məlumata görə, Hindistan təhlükəsizlik rəsmiləri bildiriblər: Çərşənbə axşamı günü Kəşmirin Tral bölgəsində baş verən qarşıdurmalarda mübarizlər təhlükəsizlik qüvvələrinə atəş açıblar. İki hind əsgəri həlak olub, iki nəfər də yaralanıb. 

Halbuki Kəşmir əhalisi Hindistan təhlükəsizlik rəsmilərinin iddialarını əsassız adlandırıb, kəşmirlilərin hind hərbçilər tərəfindən qətlə yetirilməsinə etiraz olaraq aksiyalar keçirib və ticarət obyektləri və mağazaların fəaliyyətini dayandırıb. 

Hindistan illərdir minlərlə hərbçi yerləşdirərək Kəşmirin bir sıra bölgəsini nəzarətə götürüb və son üç dekadada 68 min nəfəri qətlə yetirib. 

Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin hüquqi vəziyyətinin müəyyənləşməsi üçün referendum keçirilməsi haqda qətnaməsinin icra olunmasını tələb edir. 

Teqlər