BMT TŞ nümayəndələri Myanmanın Raxin vilayətinə gedirlər
https://azeri.sahartv.ir/news/dünya-i304266-bmt_tŞ_nümayəndələri_myanmanın_raxin_vilayətinə_gedirlər
Myanma dövlətinin yüksək səviyyəli rəsmilərindən biri deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ruhinca didərginləri böhranının fəsadlarını müşahidə etmək istəyən nümayəndə heyəti Myanmaya səfər edərək Raxin vilayətinə baxış keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2018 04:47 Asia/Baku
  • BMT TŞ nümayəndələri Myanmanın Raxin vilayətinə gedirlər

Myanma dövlətinin yüksək səviyyəli rəsmilərindən biri deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ruhinca didərginləri böhranının fəsadlarını müşahidə etmək istəyən nümayəndə heyəti Myanmaya səfər edərək Raxin vilayətinə baxış keçirəcək.

Adı açıqlanmayan Myanma dövlətinin rəsmilərindən biri dünən Frans Press-ə bildirib ki, BMT TŞ nümayəndələri aprelin 30-da Naypidauya daxil olacaq və sonrası gün Raxinə gedəcəklər. 

2017-ci ildə Raxin vilayətində Ruhinca müsəlmanlarına qarşı başladılan növbəti repressiyalardan bəri bu ilk dəfədir ki, BMT TŞ səviyyəsində bir heyət böhranın yaşandığı Raxin vilayətinə baxış keçirir.