Ermənistan müxalifətinin lideri: Hamı xalqın tələbinə boyun əyməlidir
Ermənistan müxalifətinin lideri deyib: Bütün partiyalar və parlamentin fraksiyaları heç bir ilkin şərt olmadan xalqın tələbi ilə razılaşmalıdırlar.
İRİB-in İrəvandan verdiyi məlumata görə, Ermənistan müxalifətinin lideri və Vətəndaş Sazişi partiyasının sədri Nikol Paşniyan İrəvanda tərəfdarlarının qarşısında müxalifətlə qeyd-şərtsiz dialoqun keçirilməsinə dair hakim partiyanın sədri Karen Karapetyanın təklifinə cavabda dialoqa hazır olduğunu bildirib.
"Ölkədə mübarizəmiz mövcud korrupsiya və rüşvətxorluqladır" deyən Paşniyan əlavə edib: İnqilabımız dəyərli inqilabdır və bu dəyərlərdən azca da olsun belə, geri çəkilməyəcəyik.
O deyib: Mübarizəmizin ikinci mərhələsi may ayının birindədir. Ermənistan xalqı öz gücünü bu gündə nümayiş etdirməlidir.
Bir neçə minlik aksiyada Nikol Paşniyanın tərəfdarları hakim partiyanın iqtidardan çəkilməsinə dair şüarlar veriblər.
Bu aksiyanın digər natiqləri hakim partiyanın proqramlarını tənqid edərək bildiriblər: Respublikaçılar partiyasının iqtidarda olduğu dövrdə 370 mindən çox vətəndaş ölkədən gedib, Ermənistanın üç milyonluq əhalisinin bir milyon nəfəri yoxsulluqda yaşayır və Ermənistanın borcu beş milyarda çatıb.
Rusiya prezidenti Ermənistanın müvəqqəti baş naziri ilə telefonla danışıb. Vladimir Putin və Karen Karapetyan bu telefon söhbətində Ermənistandakı olayları araşdırıblar.
Kreml sarayının mətbuat xidmətinin bildirdiyinə görə, Putin və Karapetyan bu telefon söhbətində Ermənistan konstitusiyası və aprel ayında keçirilən parlament seçkilərinin nəticələrinə əsasən bu ölkənin böhranının həll edilməsini vurğulayıblar.