Ermənistan müxalifətinin rəhbəri: Etirazlar davam edəcək
Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Karapetyanın müxalifət liderinin danışıqlar təklifini rədd etməsindən sonra, Nikol Paşinyan etirazların davam edəcəyini bildirib.
Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyan danışıqlar və müzakirələr üzrə müxalifətin rəhbəri Nikol Paşinyanın dəvətini yenə də rədd edib.
Karapetyanın sözçüsü bu xəbəri bildirərək deyib: Bir tərəfin öz əqidəsini qəbul etdirmək istədiyi müzakirələr danışıq və müzakirə deyildir.
Karapetyan həmçinin bu müzakirələrdə jurnalistlərin iştirakı ilə bağlı Paşinyanın təklifini qeyri-real adlandırıb.
Karapetyanın sözlərinə görə, ölkədə yaranan böhrana həll yolu tapmaq məqsədilə danışıqlar hərtərəfli və bütün siyasi qüvvələrin iştirakı ilə olmalıdır. Bu təklifi ötən gün prezident irəli sürüb.
Ermənistan müxalifətinin rəhbəri ötən gecə tərəfdarlarını istirahət etməyə və mübarizəni davam etdirmək üçün yetərli qüvvə yığmağa çağırıb.