Ermənistan müxalifəti İrəvanda aksiya keçirdi
Ermənistanda hökumətə müxalif minlərlə nəfər bazar ertəsi günü müxalifət lideri Nikol Paşinyanla birlikdə İrəvanın mərkəzində aksiya keçirib.
İRNA-nın məlumatına görə, aksiyada müxalifətin bir neçə rəhbəri Nikol Paşinyanı dəstəkləyib və Ermənistanda yeni hökumətin təşkili üzrə çıxış ediblər.
Ermənistan hökumətinə müxaliflərin etiraz aksiyaları iki həftədir davam edir, bu etirazlar nəticəsində Konstitusiyada düzəlişlər olunduqdan və iqtidarın prezidentdən baş nazirə verilməsi ilə, hakim partiya tərəfindən baş nazir vəzifəsinə seçilən Serj Sarkisyan istefaya getməyə məcbur oldu.
Bu gün Ermənistan parlamentində yeni baş nazir seçilməlidir.
Nikol Paşinyanın rəsmi şəkildə baş nazir vəzifəsinə namizədliyi qeydiyyatdan keçib və onun baş nazir seçilmədiyi halda, etirazlar davam edəcək.