Luqanskda atəşkəs pozulub
-
Luqanskda atəşkəs pozulub
Luqanskda yaraqlıların bir sözçüsü bildirib: Ukrayna ordusu qüvvələri bazar ertəsi günü üç dəfə onların mövqelərinə atəş açıblar.
İTAR-TASS-ın məlumatına görə, Luqanskda yaraqlıların sözçüsü bildirib: Ukrayna silahlı qüvvələri iki kəndi atəşə tutublar.
Bu sözçü əlavə edib: Həmin hücumda 82 millimetrlik minaatanlar və kiçik silahlardan atəş açılıb.
Martın 30-dan Pasxa bayramı münasibəti ilə atəşkəs Donetsk və Luqanskda icra olunub. Bununla belə hələ də atəş səsləri eşidilməkdədir. İki tərəf atəşkəsi pozmaqda bir-birini suçlayır.
Ukrayna hökuməti və şərqdəki müxaliflər arasında qarşıdurma 2014-cü ildən hökumət əleyhinə qərbyönümlülərin çevrilişi ardınca başlanıb və indiyədək minlərlə nəfər həlak olub.
Siyasi ekspertlərin qənaətincə, qərbin Ukrayna hökumətinə silah-sursat yardımları ölkənin şərqindəki böhranın güclənməsinin əsas səbəbidir.