Ruhinqa didərginləri böhranı haqda real təhqiqat zərurəti
https://azeri.sahartv.ir/news/dünya-i305358-ruhinqa_didərginləri_böhranı_haqda_real_təhqiqat_zərurəti
Ruhinqalı müsəlmanların böhranını nəzərdən keçirmək məqsədilə Myanmaya getmiş BMT Təhlükəsizlik Şurasının ilk heyəti bu barədə real təhqiqatın aparılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2018 03:45 Asia/Baku
  • Ruhinqa didərginləri böhranı haqda real təhqiqat zərurəti

Ruhinqalı müsəlmanların böhranını nəzərdən keçirmək məqsədilə Myanmaya getmiş BMT Təhlükəsizlik Şurasının ilk heyəti bu barədə real təhqiqatın aparılmasını istəyib.

İngiltərənin BMT-dəki nümayəndəsi və BMT Təhlükəsizlik Şurası heyətinin üzvü Karen Pirs dünən Myanmaya səfərdə deyib: Ədalətə riayət olunması üçün ruhinqalı müsəlmanların böhranı barədə real təhqiqat aparılmalıdır. Bu məsələnin araşdırılması üçün mümkün olan yollardan biri, onun beynəlxalq cəza məhkəməsinə həvalə edilməsidir. İkinci yol budur ki, Myanma öz məhkəmə aparatı vasitəsilə ruhinqalı müsəlmanların böhranının araşdırılması məsuliyyətini öz üzərinə götürsün.

Myanmanın xarici işlər naziri Aun San Su Çji bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının heyətilə görüşüb. Ruhinqalı müsəlmanların 2017-ci ildə yatırılmalarının başlanmasından bəri bu, hazırkı səviyyədə keçirilən ilk görüşdür.

Ruhinqa müsəlmanları böhranı 2017-ci ilin yayından bəri 700 minə yaxın müsəlmanın Myanmanın qərbindəki Raxin vilayətindən Bangladeşə qaçmasına səbəb olubdur.