May 03, 2018 11:47 Asia/Baku
  • CNN Netanyahunu problemə sürüklədi
    CNN Netanyahunu problemə sürüklədi

ABŞ-ın bir televiziya kanalı analoqu olmayan şəkildə atom silahına malik olmaq üzrə sionist rejim baş nazirini problemə sürükləyib.

Sionist rejim baş naziri Benyamin Netanyahu çərşənbə günü CNN televiziyası ilə müsahibədə "İsrailin özünün atom silahı vardır?" sualına cavab verməkdən dəfələrlə boyun qaçırıb və Təl-Əvivin İranla hərbi qarşılaşma ardınca olduğunu israr edib. 

CNN aparıcısı Netanyahu ilə müsahibəsən sonra bildirib: Bazar ertəsi gecə Netanyahunun şousundan bəri o, İranın nüvə proqramı əleyhinə təqdim etdiyi məsələlərin dünya ictimaiyyəti üçün yeniliyinin olmaması ilə bağlı ittihamlarla üzləşib. 

CNN-in proqramında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin sabiq rəisi Maykl Haydendən Netanyahunun İran haqda məlumatlarının yeniliyinin olub-olmadığı soruşulduqda, o cavab verib ki, xeyr, yenilik yox idi. 

Qüdsü işğal etmiş rejimin baş naziri bazar ertəsi gecə gülünc şouda iddia edib ki, İranın nüvə sazişindən öncə nüvə silahı əldə etmək üçün çalışdığını əks etdirəcək sənədlərə malikdir. 

Netanyahunun açıqlaması ilə yanaşı qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2016-cı il 16 yanvarda nüvə sazişinin icra olunduğu vaxtdan BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində İranın nüvə fəaliyyətlərinin sınaqdan keçirilməsi və nəzarət olunmasına dair 10 hesabat verib və bütün hesabatlarda İranın nüvə sazişinə sadiq qaldığını təsdiqləyib. 

 

Teqlər