May 03, 2018 17:08 Asia/Baku
  • Fransada kütləvi aksiyalar davam edir

Fransa hökumətinin siyasətlərinə qarşı əsasən də nəqliyyat sektorunun iflic edən aksiyaları davam etməkdədir.

İRİB-in məlumatına görə, Fransanın Dəmiryol Şirkətinin işçilərinin tətil aksiyaları 13-cü günə daxil olub. Bu gün də milyonlarla yerli və xarici sərnişinlər və turistlər qatar stansiyalarında çaşqın vəziyyətdədirlər. 

Dəmiryol Sindikatının təşkilatçılığına əsasən, bu gün qatarların yarısı reysdən çıxıb və işçilər işi dayandırıblar. 

Fransanın hava yolları şirkətinin işçilərinin tətil aksiyaları da iki həftədir davam edir və nəticədə təxminən 15% uçuş ləğv olunub. 

Aksiyaçılar iqtisadi siyasətlərin investorların xeyrinə islah edilməsinin qarşısının alınmasını istəyirlər. Bu islahata Fransa prezidenti Emmanuel Makron başlayıb. 

Fransada hava və dəmir yolları sektorlarında tətil aksiyalarının xəsarəti 600 milyon avroya çatıb və bu ölkənin turizm sektoruna da azı 1,5 milyard avro xəsarət vurub. 

Fransanın təhsil sistemində dəyişikliklərə etiraz olaraq tələbə aksiyaları da davam edir. 

İRİB-in Parisdəki nümayəndəliyinin operatoru Tövhidian çərşənbə axşamı günü Parisdə etiraz aksiyasını kadrlarını çəkərkən anti-üsyan polisinin rezin güllədən istifadə etməsi nəticəsində baş nahiyəsindən ağır yaralanıb. 

Teqlər