Qum tufanı Hindistanda böyük tələfata səbəb oldu
https://azeri.sahartv.ir/news/dünya-i305610-qum_tufanı_hindistanda_böyük_tələfata_səbəb_oldu
Hindistanın şimalında qum tufanı nəticəsində 77 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2018 17:39 Asia/Baku
  • Qum tufanı Hindistanda böyük tələfata səbəb oldu

Hindistanın şimalında qum tufanı nəticəsində 77 nəfər həlak olub.

İRNA-nın məlumatına görə, Hindistanın şimal əyalətlərində güclü qum tufanı nəticəsində 77 nəfər həlak olub, 143 nəfər yaralanıb. Həmçinin binalara ciddi şəkildə ziyan dəyib. 

Məlumata görə, Hindistanın şimal əyalətlərində qum tufanı ilə yanaşı, güclü külək əsməsi və yağış yağması nəticəsində ağaclar kökündən çıxıb və mənzillərdə yanğın baş verib. 

Qum tufanı Hindistanın şimalında böyük ərazilərdə elektrikin kəsilməsi ilə nəticələnib.