May 06, 2018 16:24 Asia/Baku
  • Fransa və Britaniya ABŞ prezidentinin sözlərindən qəzəbləniblər
    Fransa və Britaniya ABŞ prezidentinin sözlərindən qəzəbləniblər

ABŞ prezidenti Donald Trampın Fransa və Britaniyadakı terror aktları barədə bəyanatı bu ili ölkə rəsmiləri və xalqlarını qəzəbləndirib.

FransPress-in verdiyi məlumata görə, Fransa Xarici İşlər Nazirliyi Donald Trampın 2015-ci il parisdə baş verən terror aktları barədəki sözlərini pisləyərək onu 2-ci dünya müharibəsindən bəri Fransa ərazisində baş verən ən qanlı hücumların qurbanlarına hörmət etməyə çağırıb. 

Fransanın keçmiş prezidenti Fransua  Uland və keçmiş baş naziri Manuel Vals da Trampın bəyanatının utanc gətirdiyini bildiriblər. 

Britaniya həkimləri və qanunvericiləri də Trampın küt alətlərlə hücum nəticəsində yaralananların statistikasının yüxarı olduğuna görə London xəstəxanalarını hərbi məntəqəyə bənzədən sözlərinə etiraz əlaməti olaraq bildiriblər ki, Londonda küt alətlərlə baş verən cinayət hallarının Amerikada silahın gəzdirilməsinin azad olması qanununu ilə heç bir əlaqəsi yoxdur. 

Tramp demişdi ki Fransa və Britaniya Amerikadakı kimi silahın azad olması qanununa malik olsaydılar terror aktlarının və küt alətlə hücumların şahidi olmazdılar.  

Teqlər