Hindistanın nəzarətində olan Kəşmirdə ümumi tətil davam edir
Hindistanın nəzarətində olan Kəşmir məntəqəsinin əhalisi bu gün bir daha Hindistanın təhlükəsizlik qüvvələrinin bu məntəqəyə qarşı hücumunda ondan çox kəşmirlinin öldürülməsinə etiraz olaraq tətil keçirib.
Bu tətilin ardınca bütün mağazalar, ticarət mərkəzləri, bazar, həmçinin Kəşmirin təhsil mərkəzləri, məktəbləri bağlanıb, internet və mobil telefon xidməti kəsilibdir.
Hindistanın nəzarətində olan Kəşmir məntəqəsində tətil bu məntəqə əhalisinin həyatını pozubdur.
Dünən Kəşmirin Şopian məntəqəsində Hindistanın baş naziri Narendra Mudiyə qarşı aksiyada hind hərbçilərlə toqquşmada on kəşmirli ölüb, 120 nəfər də yaralanıbdır.
Kəşmir Huriyyət Konfransının başçılarından olan Seyid Əli şah Gilani, Muhəmməd Yasin Məlik və Mir Vaiz Ömər Faruq ümumi tətil elan edərək, vurğulayıblar ki, Hindistan dövləti təzyiq və güc tətbiq etməklə Kəşmir əhalisini yatırmaq istəyir, amma heç vaxt buna müvəffəq olmayacaqdır.
Hindistan illər boyudur ki, minlərlə hərbçini yerləşdirməklə Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altına alıb və otuz il ərzində 68 min nəfəri qətlə yetiribdir.
Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin vəziyyətinin təyini üzrə referendumun keçirilməsi barədəki qətnaməsinin icrasını istəyir.