Paşinyan milli həmrəylik hökuməti quracağını vəd edib
https://azeri.sahartv.ir/news/dünya-i306222-paşinyan_milli_həmrəylik_hökuməti_quracağını_vəd_edib
Ermənistandakı etiraz aksiyalarının lideri, “Yelk” (Çıxış) fraksiyasından baş nazir postuna namizədliyi təkrar irəli sürülən Nikol Paşinyan seçiləcəyi təqdirdə ölkədə milli həmrəylik hökuməti quracağını vəd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2018 11:18 Asia/Baku
  • Paşinyan milli həmrəylik hökuməti quracağını vəd edib
    Paşinyan milli həmrəylik hökuməti quracağını vəd edib

Ermənistandakı etiraz aksiyalarının lideri, “Yelk” (Çıxış) fraksiyasından baş nazir postuna namizədliyi təkrar irəli sürülən Nikol Paşinyan seçiləcəyi təqdirdə ölkədə milli həmrəylik hökuməti quracağını vəd edib.

APA-nın verdiyi xəbərə görə, N.Paşinyan qurulacaq yeni hökumətin tərkibinə dair bir neçə variantın olduğunu qeyd edib. Onun sözlərinə görə, seçim siyasi vəziyyətdən asılı olacaq: “Həqiqi demokratik, legitim və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl şərait yarandıqda mən istefa verəcəyəm”, - deyə Paşinyan qeyd edib. 

Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. Deputatlar baş naziri ikinci dəfə də seçə bilməsələr, parlament avtomatik şəkildə buraxılacaq.