May 07, 2018 21:29 Asia/Baku
  • Çin Pekinin daxili işlərinə qarışması barədə ABŞ-a xəbərdarlıq edib
    Çin Pekinin daxili işlərinə qarışması barədə ABŞ-a xəbərdarlıq edib

Çin xarici işlər nazirliyinin sözçüsü bu ölkənin daxili işlərinə qarışması barədə ABŞ-a xəbərdarlıq edib.

Çin xarici işlər nazirliyinin sözçüsü Genq Şuan vurğulayıb: Amerikanın Çinin və regionun daxili işlərinə qarışmaq üzrə təhrikedici hərəkətləri yaxşı nəticəyə malik ola bilməz və Çinin daxili işlərinə qarışmaq qəbuledilməzdir.

Genq Şuan elə bir halda Vaşinqtonu tənqid edibdir ki, Amerika ən yeni bəyanatında Tayvanı, Honq-Konqu və Makaonu ölkələr kimi yad edibdir.

Amerika həmçinin bu üç məntəqəni ölkə adlandıraraq, xarici ölkələr və şirkətlərə mane olduğu üçün Çinə etiraz edib və bunun yolverilməz olduğunu bildiribdir.

Belə bir şəraitdə Çinin nöqteyi-nəzərincə və bu ölkənin dəyişməz prinsiplərinə əsasən, Çinin cənubunda yerləşən Tayvan, Honq-Konq və Makao bu ölkəyə aid olan üç məntəqədir və Tayvan sonda Çinlə birləşməlidir.

Çin xarici işlər nazirliyinin sözçüsü ABŞ-ın bu tələbinə və həmin məntəqələri ölkə adlandırmasına etiraz edərək, deyib ki, bütün xarici şirkətlər Çinin suverenliyi və ərazi bütövlüyünə hörmət etməlidirlər.

Teqlər