Tramp nüvə razılaşması barədə qərarını bu gün elan edəcək
-
Tramp nüvə razılaşması barədə qərarını bu gün elan edəcək
ABŞ prezidenti dünən gecə tvitt ataraq yazıb: 8 may yerli vaxtla saat 14-də Əhatəli Müştərək Təşəbbüs Proqramı barədə qərarımı elan edəcəyəm.
İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Amerika, Fransa, Britaniya, Rusiya və Çin) üstə gəl Almaniya 2015-ci ildə əldə etdikləri razılaşmaya əsasən İranın sülhməramlı nüvə fəaliyyətinin bəzi hissələrinə məhdudiyyət tətbiq olunması qarşılığında İranın nüvə proqramı ilə əlaqədar bütün beynəlxalq və birtərəfli sanksiyalara son qoyulmalıdır.
Amma Amerikanın keçmiş hökuməti bu razılaşmanın icrasını daima ləngidirdi. ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) icrasına maneəçilikləri Donald Trampın Ağ evə gəlməsi ilə bu beynəlxalq razılaşmanın ləğ edilməsi təhdidinə çevrildi.
ABŞ prezidenti ƏMTP-nin onun istədiyi kimi dəyişdirilməyəcəyi təqdirdə Vaşinqtonun bu razılaşmadan çıxacağı ilə hədələyib.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini və nüvə razılaşmasının digər tərəfləri isə dəfələrlə ƏMTP-nin beynəlxalq ictimaiyyətə aid olan bir razılaşma olduğunu vurğulayaraq xatırladıblar ki, bu ikitərəfli tənzimlənən müqavilə deyil ki, onda hansısa dəyişiklik etmək mümkün olsun.
Dünya Trampın əksinə olaraq ƏMTP-nin qorunub-saxlanılmasını istəyir.