Stefan Dyujarrik: BMT nüvə sazişini dəstəkləyir
May 08, 2018 10:11 Asia/Baku
-
Stefan Dyujarrik: BMT nüvə sazişini dəstəkləyir
Birləşmiş Millətlər Təşkilatının sözçüsü deyib: BMT Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) dəstəkləyir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Stefan Dyujarrik ƏMTP-nin diplomatik nailiyyət olduğunu bildirib və deyib: Dünyanın sabitliyinin mühafizəsi üçün bu beynəlxalq razılaşma lazımdır.
Çinin Birləşmiş Mİllətlər Təşkilatındakı səfiri Şi Jonqcun da dünən Pekinin nüvə razılaşmasını dəstəklədiyini bir daha vurğulayaraq ƏMTP-nın qorunub-saxlanılmalı olduğuna təkid edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da dünən bildirib ki, Amerika da daxil bütün tərəflər ƏMTP-yə sadiq qalmalıdırlar.