Avropalı diplomat: Tramp nüvə sazişindən çıxacaq
May 08, 2018 12:01 Asia/Baku
-
Avropalı diplomat: Tramp nüvə sazişindən çıxacaq
Avropalı diplomat bildirib: ABŞ prezidenti Donald Tramp böyük ehtimalla nüvə sazişindən çıxmağa qərar verəcək.
ABC xəbər portalı dünən bir Avropa diplomatına istinadla yazıb: Trampın bir daha İrana qarşı sanksiyaların durdurulması müddətinin uzadılmasına qərar verməyəcəyi tam aydındır.
O deyib: Bu müxtəlif nəticələrə gətirib çıxaracaq və onları diqqətlə nəzərdən keçirmək lazımdır.
Nyu-York Tims qəzetinin portalı da Trampın yaxın adamlarına istinadla onun bu gün nüvə sazişindən çıxacağını bildirib.
ABŞ prezidenti bu gün yerli vaxtla saat 14-də İran ilə 5+1 qrupu arasında imzalanmış Əhatəli Müştərək Təşəbbüs Proqramı barədə bu ölkə hökumətinin mövqeyini elan edəcək.