May 09, 2018 19:25 Asia/Baku
  • Amano: İran öz nüvə öhdəliklərinə sadiq olub
    Amano: İran öz nüvə öhdəliklərinə sadiq olub

Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasından sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir daha bildirib ki, İran ƏMTP çərçivəsində öz öhdəliklərini yerinə yetirib.

İRNA-nın verdiyi məlumata görə, Yukio Amano bu gün bir bəyanat yayaraq ABŞ prezidenti Donald Trampın ƏMTP-dan çıxmasına toxunmadan deyib: AEBA ƏMTP ilə əlaqədar baş verənləri yaxından izləyir və BMT TŞ-nin tələbi və AEBA-nın hakimlər şurasının 2015-ci ildəki lisenziyası əsasında İranın bu razılaşma əsasında öhdəliklərini yerinə yetirməsinə nəzarət edir. 

AEBA baş direktoru deyib: İran ƏMTP çərçivəsində dünya üzrə ən güclü nəzarət sisteminə şamildir  və AEBA İranın nüvə öhdəlilərinin bu günədək icra edilməkdə olduğunu təsdiqləyib. 

ABŞ prezidenti Donald Tramp dünən İrana əsassız ittihamlar vuraraq Vaşinqtonun ƏMTP-dan çıxdığını rəsmən elan etdi. 

AEBA öncə də bütün hesabatlarında İranın nüvə sazişinə sadiq qaldığını təsdiqləmişdi. 

Teqlər