Ağ ev sözçüsü: İrana qarşı öncəki sanksiyaların hamısı bərpa ediləcək
https://azeri.sahartv.ir/news/dünya-i306656-ağ_ev_sözçüsü_İrana_qarşı_öncəki_sanksiyaların_hamısı_bərpa_ediləcək
Ağ evin sözçüsü Sara Hakabi Senders dünən İrana qarşı öncəki sanksiyaların hamısının yenidən bərpa edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 05:35 Asia/Baku
  • Ağ ev sözçüsü: İrana qarşı öncəki sanksiyaların hamısı bərpa ediləcək

Ağ evin sözçüsü Sara Hakabi Senders dünən İrana qarşı öncəki sanksiyaların hamısının yenidən bərpa edilməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Sara Hakabi Senders deyib: Nüvə sazişindən öncəki sanksiyalar qaytarılacaq və  ABŞ İrana qarşı yeni sanksiyalar əlavə etməyə hazırlaşır. 

ABŞ prezidenti Donlad Tramp mayın 8-də İran ilə Fransa, Almaniya, Britaniya, Rusiya , Çin və Amerika arasında imzalanmış nüvə razılaşmasından çıxdığını elan etdi. 

Bu razılaşmanın digər tərəfləri nüvə sazişində qalacaqlarını vurğuladılar. 

İİR prezidenti də bildirdi ki, İran sazişdə qalan 5 ölkə ilə əməkdaşlıqlarını davam etdirəcəkvə Tehran nüvə sazişinin mənafeyindən faydalana bilməyəcəyi təqdirdə lazımı qərarı verəcək.