Almaniya siyasətçiləri ABŞ səfirinin sözlərinə mənfi reaksiya veriblər
ABŞ-ın Almaniyadakı səfirinin İran ilə bağlı müdaxilə xarakterli açıqlaması Almaniya siyasətçilərinin mənfi reaksiyasına səbəb olub.
İRNA-nın məlumatına görə, ABŞ-ın Almaniyadakı yeni səfiri Riçard Qrenel çərşənbə axşamı Tvitterdə paylaşdığı yazıda ABŞ-ın yeni sanksiyalarının İran iqtisadiyyatının mühüm sahələrini hədəfə alacağını və Almaniya şirkətlərinin dərhal İran ilə əməkdaşlıqları dayandırmalı olduqlarını yazıb.
Almaniyanın Sosial Demokrat Partiyasının rəhbəri Andrea Nals ABŞ səfirinin bu sözlərinə reaksiya olaraq Tvitterdə paylaşdığı yazıda bildirib: Deyəsən Qrenelin təlimə ehtiyacı var.
Almaniya Bundestaqının slən iranlı olan üzvü və Yaşıllar Partiyasının təmsilçisi Ümid Nuripur da Qrenelin sözlərini tənqid edib.
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger də ABŞ-ın yeni səfirinə xitabən deyib: Almaniyaya nə etməli olduğunu söyləmə.