May 10, 2018 19:04 Asia/Baku
  • Boris Conson - Britaniyanın xarici işlər naziri
    Boris Conson - Britaniyanın xarici işlər naziri

ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə anlaşmasından çıxmasına dair qərarına reaksiyaların davamında Britaniyanın xarici işlər naziri Londonun nüvə anlaşmasından çəkilmək niyyətində olmadığını deyib.

ABŞ-ın nüvə anlaşmasından çıxması Vaşinqtonun anti-İran siyasətlərinin və ya, prezident Donald Trampın İran ilə düşmənçiliyinin davamı kimi qiymətləndirilməsindən asılı olmayaraq, Britaniyada müxtəlif reaksiyalar ilə üzləşib. Britaniyanın baş naziri Tereza Mey isə bu ölkə parlamentində etdiyi çıxışında İranın raket proqramı habelə, İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməsi üçün təyin edilmiş zamanın başa çatmaqda olması ilə bağlı ABŞ ilə ortaq nigaranlıqlara malik olduqlarını dilə gətirsə də, ölkəsinin nüvə anlaşmasından çıxmaq niyyətində olmadığını deyib: “İran ilə nüvə anlaşması qorunmalıdır. Bu xüsusda biz Almaniya və Fransa ilə ortaq mövqeyə malikik və birgə bəyanatda buna təkid etmişik”

ABŞ-ı nüvə anlaşmasında qalmağa razı salmaq üçün Amerikaya səfər edən sonuncu avropalı xarici işlər naziri olduğunu deyən Britaniyanın xarici işlər naziri Boris Conson isə ABŞ-ın nüvə anlaşmasının icrasına mane olması məsələsi ilə bağlı suala belə cavab verib: “Britaniya nüvə anlaşmasından çəkilmək fikrinidə deyil və Amerikadan İran ilə əməkdaşlıqlarımıza mane olmamasını, İrandan isə ABŞ-ın bu qərarı qarşısında təmkinli olmasını istəyirik.”

Əlbəttə, ABŞ başçılarının ötən 40 ildə İrana qarşı düşmənçilik siyasətlərinin İran xalqını xüsusilə gəncləri xeyli qəzəbləndirməsi Britaniyalı siyasətçilər və analitikləri qayğılandırmağa başlayıb: “Trampın çıxışını dinləyənlərə, xüsusilə iranlı gənclərə onların Tramp qarşısındakı reaksiyalarını dərk etdiyimi demək istəyirəm. İranlıların qəzəbli olması təbii haldır. Çünki, Tramp beynəlxalq qaydaları pozub.”

İkinci dünya müharibəsindən sonra daim ABŞ-ın izi ilə gedən Britaniya indi Avropa Birliyinin kənarında yer alaraq, nüvə anlaşmasının qorunmasını istəyir. Avropalıların qənaətinə görə ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxmaq qərarı “hər şey və ya heç nə” qanununa tabe olmayıb.

 

 

Teqlər