Makron: Amerika Avropanın yerinə qərar verə bilməz
https://azeri.sahartv.ir/news/dünya-i306706-makron_amerika_avropanın_yerinə_qərar_verə_bilməz
Fransa prezidenti Emanuel Makron dolayısı ilə Amerikanı Avropanın yerinə qərar vermək niyyətində olmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 15:05 Asia/Baku
  • Makron: Amerika Avropanın yerinə qərar verə bilməz

Fransa prezidenti Emanuel Makron dolayısı ilə Amerikanı Avropanın yerinə qərar vermək niyyətində olmaqda ittiham edib.

FransPress-in verdiyi məlumata görə, Fransa prezicenti Emanuel Makron Almaniyanın Axen şəhərində Şarlmani mükafatını alarkən deyib: Digər böyük güclərin bizim diplomatiya və təhlükəsizliyiniz barədə qərar verə biləcək mövqedə durmaları və bu istiqamətdə bəzən bizi ən ağır təhlükələrlə üz-üzə durmağa məcbur edəcəkləri ilə razılaşarıqsa onda suveren dövlət olduğumuzu demək olarmı?

Makron Amerikanın nüvə sazişindən çıxmasını qınayaraq deyib: Biz orta və yaxın şərqdə sülh və stabillik yolunu seçmişik amma digər super güclər hətta öz öhdəliklərinə belə sadiq qalmamağa qərar veriblər, belə bir şəraitdə biz də onlar kimi öz yolumuzdan vaz keçməliyikmi?

Makron Avropanın hakimiyyətə malik olmalı olduğunu vurğulayaraq deyib: Avropanın hakimiyyətinin olmasının şərti digər güclərə onun yerinə qərar verməyə imkan verməməsindən ibarətdir.

Donald Tramp mayın 8-də ölkəsinin nüvə sazişindən çıxdığını elan etdi.