Rəy sorğusu: Fransızlar qətiyyətlə nüvə anlaşmasını himayə edirlər
May 12, 2018 15:31 Asia/Baku
-
Rəy sorğusu: Fransızlar qətiyyətlə nüvə anlaşmasını himayə edirlər
Fransa xalqının əksər hissəsi ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra Vaşinqtonun sanksiya hədələrinə rəğmən, bu anlaşmanın icrasının davam etməsini istəyir.
Fiqaro jurnalının dünən yayılan rəy sorğusunun nəticələri göstərir ki, fransız respondentlərin 71 faizi nüvə anlaşmasına dəstək verib.
Bu məlumata görə, respondentlərin 67 faizi deyibdir ki, ABŞ prezidentinin nüvə anlaşmasından çıxmaq qərarına məhəl qoyulmamalıdır.
Tramp mayın səkkizində birtərəfli şəkildə Amerikanı nüvə anlaşmasından çıxardı və bildirdi ki, Vaşinqtonun İrana və bu ölkə ilə ticarət tərəfi olan xarici şirkətlərə qarşı sanksiyaları 90 və 180 günlük dövrlərdən sonra bərpa olunacaqdır.