May 19, 2018 12:43 Asia/Baku
  • Tbilisi kənarında Gürcüstan-ABŞ hərbi təlim mərkəzinin açılışı olub
    Tbilisi kənarında Gürcüstan-ABŞ hərbi təlim mərkəzinin açılışı olub

Gürcüstan-ABŞ birgə hərbi təlim mərkəzinin açılışı ötən gün NATO-nun Avropadakı hərbi qüvvələrinin baş komandanı Kritis Skaparottinin iştirakı ilə Vazyani bölgəsində olub.

Opasnı xəbər portalının məlumatına görə, paytaxt Tbilisinin kənarında Vazyani hərbi aeroportu yaxınlığındakı bu mərkəz Gürcüstanın Müdafiə Hazırlığı adı altında ABŞ və Gürcüstanın birgə proqramı çərçivəsində yaradılıb. 

Bu hərbi mərkəzdə gələn üç il ərzində Gürcüstan ordusunun 9 batalyonu ABŞ-ın hərbi mütəxəssisləri tərəfindən təlim alacaq. 

Gürcüstanın müdafiə naziri Levan İzorya hərbi təlim mərkəzinin açılış mərasimində deyib: Bu mərkəzin təlim bölmələri NATO standartları ilə təchiz olunacaq. 

O əlavə edib: Bu proqramın icrası Gürcüstanın əsas şəriki olaraq ABŞ-la uzunmüddətli əməkdaşlıqların qurulmasına xidmət edir. 

Bu mərasimdən sonra NATO-nun Avropadakı baş komandanı və Gürcüstan müdafiə naziri hərbi təlim mərkəzi ilə yaxından tanış olublar. 

Gürcüstan və NATO-nun münasibətləri SSRİ dağıldıqdan sonra 1992-ci ildə qurulub. 

Gürcüstan 1994-cü ildə yenicə müstəqil olmuş bir neçə ölkə ilə birlikdə NATO-nun Sülh Tərəfdaşlığı Proqramına qoşulub. 

Teqlər