May 20, 2018 11:24 Asia/Baku
  • Britaniyada Bəhreyn səfirliyi qarşısında aksiya
    Britaniyada Bəhreyn səfirliyi qarşısında aksiya

Bəhreyn dövlətinin bu ölkənin şiə rəhbərinin mənzili yaxınlığına toplaşan aksiyaçılara hücum etməsinin ildönümü günündə Britaniyadakı bəhreynlilər bu ölkənin Londondakı səfirliyi qarşısında aksiya keçiriblər.

Əl-Əhd xəbər agentliyinin verdiyi məlumata görə, bəhreynli aksiyaçılar Manama dövlətinə qarşı şüarlar verib, bəhreynli məşhur şiə ruhani şeyx İsa Qasimin şəkillərini əllərində daşıyıblar. Aksiyaçılar Bəhreynin Londondakı səfirlyi qarşısına toplaşaraq Ali-Xəlifə rejiminin repressiv hərəkətlərinə etiraz ediblər. 

Aksiyaçılar həmçinin Şeyx İsa Qasimin mənzilinə qarşı mühasirənin davam etməsini eləcə də  Britaniya və Amerikanın Bəhreyn rejiminə dəstək vermələrin pisləyiblər. 

Bəhreynin Ədduraz bölgəsi ötən il 23 maydan bəri Şeyx İsa Qasimin blokadaya alınmasına qarşı etiraz aksyalarının şahididir. 

Bəhreyn 2011-ci il 14 fevraldan bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. 

 

Teqlər