Mərakeşdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i308550-mərakeşdə_abŞ_səfirliyinin_qüdsə_köçürülməsinə_etiraz_aksiyası_keçirilib
On minlərlə mərakeşli bazar günü Darülbəyza şəhərində aksiya keçirib, ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsinə etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2018 04:23 Asia/Baku
  • Mərakeşdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib
    Mərakeşdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib

On minlərlə mərakeşli bazar günü Darülbəyza şəhərində aksiya keçirib, ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsinə etiraz ediblər.

İRİB-nin verdiyi məlumata görə, Mərakeş əhalisi bu etiraz aksiyasında Fələstinin bayrağını daşıyaraq, İsrailə ölüm şüarı veriblər. 

Mərakeşli aksiya iştirakçıları həmçinin, üzərinə "Qüds Fələstinin əbədi paytaxtıdır" şüarı yazılmış plakatlar daşıyıblar. 

Qəzzə əhalisi də ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bir vaxtda aksiya keçirib. Bu aksiya İsrail hərbçilərinin hücumu ilə qanlı toqquşmaya çevrilib.