May 22, 2018 21:34 Asia/Baku
  • Venesuela ABŞ-ın yeni sanksiyalarını siyasi vəhşilik adlandırıb
    Venesuela ABŞ-ın yeni sanksiyalarını siyasi vəhşilik adlandırıb

Venesuela xarici işlər naziri Vaşinqtonun Karakas əleyhinə yeni sanksiyalarını diplomatik vəhşilik və dəlilik adlandırıb.

İRİB-in məlumatına görə, Venesuela xarici işlər naziri Xorxe Arreza bir bəyanatda bildirib: Vaşinqtonun Karakas əleyhinə yeni sanksiyaları beynəlxalq qaydalara ziddir.

ABŞ ötən cümə günü Venesuela prezident seçkiləri ərəvəsində bu ölkə rəsmiləri, o cümlədən Venesuela Sosialist partiyasının sədr müavini və prezident Nikolas Maduronun yaxınlarından Diosdado Kabelloya qarşı yeni sanksiyalar tətbiq etdi.

ABŞ indiyə qədər Venesuela əleyhinə düşmənçilik hərəkətlərinin davamında bu ölkənin onlarla yüksək səviyyəli rəsmisinə müxtəlif adlar altında, o cümlədən insan haqlarını pozmaq iddiası ilə sanksiyalar tətbiq edib.

Teqlər