Tramp: Nüvə anlaşması ən pis anlaşma idi
https://azeri.sahartv.ir/news/dünya-i308942-tramp_nüvə_anlaşması_ən_pis_anlaşma_idi
ABŞ prezidenti dünən gecə bir daha nüvə anlaşmasına qarşı danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2018 03:03 Asia/Baku
  • Tramp: Nüvə anlaşması ən pis anlaşma idi
    Tramp: Nüvə anlaşması ən pis anlaşma idi

ABŞ prezidenti dünən gecə bir daha nüvə anlaşmasına qarşı danışıb.

Donald Tramp nüvə anlaşmasını pis və birtərəfli anlaşma adlandırıb və bildirib ki, bu anlaşmanın Amerika üçün heç bir nailiyyəti olmayıbdır.

Tramp bundan öncə də nüvə anlaşmasını "qüsurlu anlaşma" və "böyük bir yalan" adlandırmışdı.

Tramp dünən İrana qarşı əsassız ittihamlarını təkrarlayaraq, Vaşinqtonun nüvə anlaşmasından çıxması və nüvə sanksiyalarının üç aydan altı ayadək geri dönəcəyini bildirib.

Trampın bu hərəkəti daxili və beynəlxalq səviyyələrdə geniş şəkildə pislənib.

BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidentinin birtərəfli qərarından dərin təəssüf ifadə edib.

İngiltərə, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi də nüvə anlaşmasının tərəfləri kimi bildiriblər ki, bu beynəlxalq anlaşmaya dəstək verirlər.