ABŞ və Avropa arasında nüvə sazişi üzərində ixtilaflar davam edir
Almaniya xarici işlər naziri ABŞ-ın iki yüksək səviyyəli rəsmisi ilə görüşdükdən sonra deyib: Avropa və ABŞ nüvə sazişi haqda anlaşmadan çox uzaqdırlar.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Almaniya xarici işlər naziri Hayko Mas Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra deyib: Avropa və ABŞ tamamilə iki fərqli yoldadırlar.
Mas deyib: ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda öz mövqelərini təkrarladılar və onların sözlərindən yeni məlumatlar əldə olunmadı.
Almaniya xarici işlər naziri bildirib ki, Altantik okeanı iki tərəfinin münasibətlərinin gələcəyindən nigarandır. Amma İran və başqa məsələlər üzərindəki ixtilafları arxada qoyacaqları gözlənilir.
Almaniya xarici işlər naziri xatırladıb: Avropa ölkələri ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyini Qüdsə köçürməsi ilə bağlı qərarına etiraz etmişlər.
ABŞ prezidenti Donald Tramp 8 mayda Vaşinqtonun nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların öz qüvvəsinə qaytarılmasını elan etdi. Trampın bu qərarı nüvə sazişinin Avropa və digər tərəflərinin sərt reaksiyası ilə üzləşdi.