May 24, 2018 10:24 Asia/Baku
  • Tramp: Şimali Koreya lideri ilə görüşün tarixi gələn həftə qətiləşəcək

ABŞ prezidenti Donald Tramp çərşənbə günü jurnalistlərə verdiyi müsahibədə deyib: Şimali Koreya lideri ilə görüşün dəqiq vaxtı gələn həftə müəyyənləşəcək.

ABŞ-ın CNN televiziyasının məlumatına görə, Tramp Şimali Koreya lideri ilə Sinqapurda baş tutacaq görüşü haqda deyib: Sinqapur iclasında nəyin baş verəcəyini gözləməliyik, gələcək hadisələrin müsbət və ya mənfi olması mümkündür. 

ABŞ prezidenti deyib: Nəhayət bu görüş üçün vaxt müəyyənləşəcək və 12 iyulda olması mümkündür. 

Şimali Koreyanın bu ölkə lideri ilə ABŞ prezidenti arasında görüşün baş tutmaması ehtimalından söz açmasından sonra, Donald Trampın müavini Mayk Pens deyib: Tramp da bu iclasda iştirak etməyə maraqlı deyil. 

Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun "Vaşinqton Şimali Koreyanın nüvə tərksilahı üçün Liviya modelini icra etmək niyyətindədir" deməsi bu ölkənin qətiyyətli reaksiyasına səbəb olub. 

Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Kye Qvan son vaxtlar Donald Tramp hökumətinin strategiyası və Şimali Koreya üçün təyin olunan şərtlərə reaksiyada bildirib: Şimali Koreya heç vaxt Con Bolton kimi mənfur şəxslərin tələbləri ilə razılaşaraq İraq və Liviyanın taleyini öz xalqına yaşatmayacaq. 

Şimali Koreya xarici işlər nazirinin müavini bir bəyanatda xəbərdarlıq edib ki, Vaşinqton öz bədxah niyyətlərini davam etdirərsə, Donald Trampıla birgə danışıqlarda iştirak etməyəcək. 

Teqlər