May 27, 2018 13:17 Asia/Baku
  • Fransa polisi və aksiya iştirakçıları arasında toqquşma baş verib

Şənbə günü Fransa prezidenti Emanuel Makronun siyasətləri ilə müxalif olanlar ölkə boyunca aksiyalar keçiriblər. Polisin müdaxiləsi qarşıdurmalara səbəb olub.

İRNA-nın verdiyi məlumata görə, Parisda etiraz aksiyasının başlanması ilə bir vaxtda polis 35 nəfəri həbs edib. 

Nant şəhərində də oxşar qarşıdurmalar qeydə alınıb. Fransa polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. 

Dəmir yolu və xəstəxana işçiləri, dövlət qulluqçuları, tələbələr, polis zorakılığına qarşı çıxanlar və Fələstini himayə edənlər şənbə günü Fransada keçirilən etiraz aksiyalarında iştirak edən qruplar olublar. 

Aksiya iştirakçıları əllərində üzərinə "Makronu durdurun" şüarı yazılmış plakatlar daşıyıblar. 

Bu etiraz aksiyaları "Makrona qarşı insan dalğası" adlandırılıb. 

Narazı kütlə Makronun varlı təbəqənin maraqlarını müdafiə etdiyini və adi vətəndaşları görməməzliyə vurduğunu deyir. 

Makron 5 il ərzində 120 dövlət iş yerini bağlamaq istəyir. O, həmçinin, ümumi xərcləri azaltmaqla büdcə xərclərinə qənaət etmək istəyir. 

Teqlər