May 27, 2018 14:42 Asia/Baku
  • Bir rus rəsmi Trampın böyük oğlu ilə gizli danışıqlar aparıb

ABŞ-ın Federal Təhqiqatlar Bürosu bu ölkə prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Cuniyor üçün ciddi başağrısına çevrilə biləcək yeni səs yazısı əldə edib.

Yahu Nyus-un verdiyi məlumata görə, bu səs yazısı İspaniya polisi tərəfindən qeydə alınıb. Səs yazısı Rusiyanın Mərkəzi Bankının rəis müavini Aleksandr Torşinə aiddir. 

Aleksandr Torşin Amerikalı qanunvericilər ilə ABŞ-ın Milli Tüfəng Cəmiyyəti arasında yaxın əlaqələr yaradaraq, daha sonra, 2016-cı ildə ABŞ prezidenti Donald Trampın böyük oğlu ilə görüşüb, danışıqlar aparıb. 

Bu səs yazısı Torşin ilə çirkli pulların yuyulmasında ittiham olunan Aleksandr Romanov arasındakı danışıqlara aiddir. Danışıqların mövzusu isə Torşin ilə Donald Tramp Cunior arasında 2016-cı ildə baş tutmuş görüş olub. 

FTB Torşin tərəfindən ABŞ-ın Milli Silah Cəmiyyətinə qanunsuz şəkildə pul transfertini araşdırır. Deyilənlərə görə bu pullar 2016-cı ildə Trampın prezident seçkilərində qələbə açlmasına xərclənilib. ABŞ-ın Milli Silah Cəmiyyəti Trampın seçki kampaniyasına 30 milyon dollar vəsait ayırıb. 

Donald Tramp Cunior bir müddət öncə 2016-cı il prezident seçkilərindən öncə 2 ərəb şahzadəsinin nümayəndəsi ilə məxfi görüşünün olduğunu etiraf edib. 

 

Teqlər