May 28, 2018 15:01 Asia/Baku
  • Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini
    Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, nüvə anlaşmasının qorunması bugünkü müzakiələrin iş gündəmində duran mühüm məsələlərdəndir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Brüsseldə bu birliyin xarici işlər nazirləri iclasının başlanğıcında deyib ki, Avropa Birliyinin xarici işlər nazirləri şurasının bugünkü iclasının ilkin və ən mühüm iş gündəmi, nüvə anlaşmasının qorunmasıdır.

Moqerini əlavə edib: Avropa Birliyi elə tədbirlər görməkdədir ki, nüvə anlaşması və Avropa tərəfindən iqtisadi investisiya qorunmuş və digər cəhətdən də beynəlxalq səviyyədə də himayə edilmiş olsun.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, ötən cümə günü Vyanada keçirilmiş nüvə anlaşması üzrə müştərək komissiyanın yaxşı iclası barədə məlumatı üzvlərin ixtiyarına qoyacaq və həmin iclasda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano on birinci dəfə İranın öz öhdəliklərinə tamamilə sadiq qaldığını təsdiq edir.

Moqerini əlavə edib: Son həftələr ərzində iranlı rəsmilər, həmçinin Fransa, İngiltərə, Almaniya və digər beynəlxalq tərəflərlə yanaşı bir çox səylər göstərildi ki, şəffaf şəkildə bildirilsin; Avropa Birliyinin qərarları avropalılar tərəfindən çıxarılacaq.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, bu birlik öz iqtisadi investisiyalarını himayə etmək üzrə vasitəyə malikdir.

Teqlər