Çin ABŞ-ın Çin sularına daxil olmaq üzrə hərəkətlərinə qarşı çıxıb
-
Çin ABŞ-ın Çin sularına daxil olmaq üzrə hərəkətlərinə qarşı çıxıb
Çin xarici işlər nazirliyi Amerikanın döyüş gəmilərinin Cənubi Çin adalarının yaxınlığında iştiakını pisləyib.
Çin xarici işlər nazirliyinin sözçüsü dünən gecə deyib: Amerikanın döyüş gəmiləri Çin dövlətinin icazəsi olmadan Jişa adalarına daxil olub və bu ölkənin dəniz qoşunlarının xəbərdarlığı ilə məntəqədən çıxıblar.
Lu Kan əlavə edib: Jişa adaları Çin ərazisinin bir hissəsidir və xarici gəmilər bu məntəqəyə daxil olmaq üçün Çin dövlətindən icazə almalıdırlar.
Çin xarici işlər nazirliyinin sözçüsü söyləyib: Pekin Amerikadan istəyir ki, dərhal özünün Çinin təhlükəsizliyini hədələmək və hakimiyyətini pozmaq üzrə hər cür əməliyyatını dayandırsın.
Raketatan ilə təchiz olunmuş bir amerikan hərbi gəmisi və esminesi dünən Cənubi Çin dənizindəki adaların yaxınlığında hərbi təlim keçiriblər.
Amerika ötən aylarda öz hərbi gəmilərini Çin ilə qonşu ölkələr arasındakı münaqişəli məntəqəyə göndəribdir ki, Pekinin Cənubi Çin dənizindəki adaların mülkiyyəti barədəki iddialarını problemlə üzləşdirmiş olsun.