AB şurasının qarşısında minlərlə ayaqqabı
https://azeri.sahartv.ir/news/dünya-i309934-ab_şurasının_qarşısında_minlərlə_ayaqqabı
İnsan haqları fəalları Fələstin şəhidlərinə dəstək istiqamətində 4500 cüt ayaqqabını Avropa Birliyi Şurasının Brüsseldə yerləşən qərargahı önünə qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2018 17:05 Asia/Baku
  • AB şurasının qarşısında minlərlə ayaqqabı
    AB şurasının qarşısında minlərlə ayaqqabı

İnsan haqları fəalları Fələstin şəhidlərinə dəstək istiqamətində 4500 cüt ayaqqabını Avropa Birliyi Şurasının Brüsseldə yerləşən qərargahı önünə qoyublar.

Belçikadakı insan haqları fəalları sionistlər tərəfindən şəhid edilmiş fələstinlilərə dəstək istiqamətində 4500 cüt ayaqqabını Avropa Birliyi Şurasının Brüsseldə yerləşən qərargahının önünə qoyublar. "Avaz" kampaniyasının sədri Kristof Skott bu haqda deyib: Biz bu gün buraya gəlmişik göstərək ki, fələstinlilərin həyatı bizim üçün önəmlidir. Mən 4500 cüt ayaqqabı qarşısında dayanmışam. Bunların hər bir cütü ötən onillikdə öldürülmüş bir fələstinlinin həyatının simvoludur. Bu ayaqqabıların min cütündən çoxu uşaqlara aiddir.