Rusiya-NATO iclası
Salsberi qalmaqalından sonra ilk dəfə olaraq Rusiya və Şimali Atlantika Alyansı arasında birgə iclas təşkil edilir.
İRİB-nin verdiyi məlumata görə, NATO cümə axşamı Rusiya ilə birgə iclas keçirəcək. Bu iclas sabiq rus casus Sergey Skripalın Britaniyanın Salzberi şəhərində kimyəvi maddə ilə zəhərlənməsi hadisəsindən sonra Rusiya və NATO arasında baş tutacaq ilk birgə iclasdır. Bu iclas son zamanlar Rusiya və Qərb arasında gərginliyin daha da artdığı bir atmosferdə keçiriləcək.
Sergey Skripal və qızı 4 mart tarixində Britaniyanın Salzberi şəhərində naməlum maddə ilə zəhərlənməyə məruz qalmışdılar. London bu maddənin hərbi məqsədlər üçün istifadə edilən kimyəvi maddə olduğunu iddia edir.
Britaniya Skripalın zəhərlənməsi hadisəsində Rusiyanın məsuliyyət daşıdığını deyir.
Rusiya isə bu ittihamları rədd edərək, hadisənin səbəblərini araşdırmaq üçün Britaniya hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. London isə bu xüsusda Moskva ilə əməkdaşlıqdan çəkinir.