Çin Amerikanın ticarət planlarına reaksiya verməyə hazırdır
-
Çin Amerikanın ticarət planlarına reaksiya verməyə hazırdır
Çinin dövlət mediaları Amerikanın Çin şirkətlərində investisiyalara qarşı məhdudiyyətlər tətbiq ediləcəyi barədə bəyanatını qınayıblar.
ABŞ dövləti dünən bildirdi ki, hələ də Çindən idxal edilən mallara tariflərin tətbiq edilməsi mövzusunun gündəmdə olduğunu və bunun sadəcə Çinin Amerikanın mənəvi sərmayəsinin oğurlanması məsələsi üçün həll yolu tapacağından asılı olduğunu bildirib.
Sinxua bildirib ki, Çin Amerikanın təhrikamiz hərəkətə əl atmayacağına ümid edir ancaq hər bir şəraitdə öz mənafeyini mühafizə etməyə hazırdır.
Çinin Kommunist Partiyasının nəzarətində olan Qlobal Timse qəzeti də bildirib ki, Amerika xülyalara qapılıb və ticarət öhdəliklərinin pozulması Amerikanın təcridinə gətirib çıxaracaq.
Bu qəzet yazıb : Çin dövləti Amerikanın hərhansı razılaşmadan çıxacağı təqdirdə lazımı tədbirlə həyata keçirməyi gündəmdə saxlayır. Amerika oyun oynamaq istəyirsə, Çinin yoyun oynamağa meyili artacaq və oyunu sonunadək davam etdirəcək.