Demokratlar Trampa xəbərdarlıq etdilər
https://azeri.sahartv.ir/news/dünya-i310528-demokratlar_trampa_xəbərdarlıq_etdilər
Bəzi demokrat konqresmen ABŞ prezidentinə İsrail ilə əlaqələr barədə xəbərdarlıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 14:31 Asia/Baku
  • Demokratlar Trampa xəbərdarlıq etdilər

Bəzi demokrat konqresmen ABŞ prezidentinə İsrail ilə əlaqələr barədə xəbərdarlıq ediblər.

İRİB-nin verdiyi məlumata görə, Demokrat konqresmenlər ABŞ prezidenti Donald Trampa İsraildən öz siyasi məqsədləri üçün istifadə etməsi barədə xəbərdarlıq ediblər. 

ABŞ-ın Nümayəndələr Məclisinin Xarici Əlaqələr Komitəsindəki demokratlar o cümlədən konqresmenlər Eliot Engel, Ted Deutch və Brad Şerman Tramp və onun köməkçilərini İsrail ilə bağlı siyasətlərinin siyasi maraqlar daşıdığını bildiriblər. 

Demokrat konqresmenlər həmçinin deyiblər: Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair qərarın çıxarılmasında düşüncəsiz hərəkət edib.