Çin ABŞ-ı öz ticarət öhdəliklərinə sadiq qalmağa çağırıb
-
Çin ABŞ-ı öz ticarət öhdəliklərinə sadiq qalmağa çağırıb
Çin xarici işlər nazirliyinin sözçüsü ABŞ-ı öz ticarət öhdəliklərinə sadiq qalmağa çağırıb və iki ölkənin ticarət mübadilələrində hər cür sədaqətsizliyi ikitərəfli ticarət razılaşmalarının ruhu ilə təzadlı adlandırıb.
Çin xarici işlər nazirliyinin sözçüsü Amerika ilə son birgə bəyannamə üzrə razılaşmaya toxunaraq, bu ölkənin başçılarından istəyibdir ki, Pekinlə ticarət öhdəliklərinə sadiq qalsınlar.
Hua Tszunin Ağ Ev başçılarının Çindən Amerikaya gələn əlli milyard dollarlıq sənaye texnologiyasına və məhsullara 25 faizlik tarifin tətbiq olunmasına dair ən yeni ifadələrinə reaksiyada iki ölkənin ticarət mübadilələrində hər cür sədaqətsizliyi ikitərəfli ticarət razılaşmalarının ruhu ilə təzadlı adlandırıb. ABŞ rəsmilərinin sözlərinə görə, Çindən idxal olunan məhsullar və onların tarifləri üzrə yekun siyahı iyunun ortasında elan olunacaqdır.
O, belə qeyd edib: Əgər Amerika öz öhdəliklərinə sadiq qalmaqda davam edər və onun qorunmasına israr edərsə, Çin tərəfi də öz qanuni maraqlarının qorunması üçün təsirli qərarlar çıxaracaq və qətiyyətli addımlar atacaqdır.
Çin xarici işlər nazirliyinin sözçüsü vurğulayıb: Pekin rəsmiləri gərginlik istəmirlər, amma heç bir ticarət savaşından da qorxmurlar.