İyun 01, 2018 18:14 Asia/Baku
  • İngiltərədə virtual aləmə nəzarət daha da sərtləşdirilir
    İngiltərədə virtual aləmə nəzarət daha da sərtləşdirilir

İngiltərədə virtual aləm və sosial-ictimai şəbəkələrə nəzarətin gücləndirilməsi ilə sadəcə son bir ildə minlərlə cinayət və ayda bir terror aktının baş verməsinin qarşısının alındığı bildirilib.

Virtual aləm və onda baş verən cinayətlər, xüsusilə də təhlükəsizlik cinayətlərinin baş verməsinin qarşısının alınması. Virtual aləmə nəzarətin gücləndirilməsinə dair Avropa Parlamentinin qərarının elan olunması ardınca, bir daha Avropa ölkələri, o cümlədən İngiltərədə bu haqda müzakirələr artıb.

İngiltərəin Terrorizmlə Mübarizə İdarəsinin sabiq rəisi Kris Filips deyib: Dünya inkişaf edir və yeni vasitələrdən istifadə olunur. Bizim yeni qanunlara ehtiyacımız vardır. Belə ki, bizim təhlükəsizlik xidmətlərimiz onlardan istifadə edərək düşmənlər qarşısında bizi mühafizə edə bilsinlər.

Avropa Parlamentinin qərarına əsasən hazırlanan hesabata görə, sosial-ictimai şəbəkələrdə, hətta ticarət şəbəkələrindəki qeyri-qanuni məzmunlar 24 saat ərzində silinməlidir. Cinayətkarlar da 5 milyon avroya qədər cərimə olunacaqlar.

Nəzarət və casusluq avadanlıqları və vasitələrindən istifadə etməkdə uzun keçmişi olan İngiltərə keçmişdəkindən daha güclü şəkildə virtual aləmə nəzarətə diqqətin ayrılmasını vurğulayır.

İngiltərə Polis Komandanları Şurasının üzvü Sara Torenton deyib: Bir neçə il öncəyə qədər məlumat toplamaq üçün bütün telefon danışıqlarını qeydə alırdıq. İndi insanların əksəriyyəti virtual aləm və sosial-ictimai şəbəkələrdən istifadə edir. Onlara nəzarət texnologiyasında geri qalarsaq, qara dəliyə düşəcəyik.

Bu günlər İngiltərə Avropa Birliyinin daha sərtləşdirilən nəzarət qaydalarının icra olunmasından əlavə, rabitə şirkətləri, axtarış sistemləri və sosial-ictimai şəbəkələrin direktorlarının diqqətinə çatdırıb ki, özləri virtual aləmdə cinayətin baş verməsi, o cümlədən saxta xəbərlər, zorakılıq və nifrət halları olan mətnlərin yayılmasının qarşısını alsınlar və qeyri-qanuni halları dərhal silsinlər.

İngiltərə vətəndaşı deyib: Hökumət sosial-ictimai şəbəkələr və virtual aləmə nəzarət etməlidir. Amma bunun xərci vergi ödəyənlərdən alınmamalıdır. Şirkətlərin özləri qeyri-münasib və cinayət məzmunu olan məlumatların yayılmasının qarşısını almalıdırlar. Hökumət də onlara nəzarət etməlidir.

İngiltərə hökuməti virtual aləm və sosial-ictimai şəbəkələrə nəzarətin gücləndirilməsini dəfələrlə vurğulayıb.

İngiltərə baş naziri Tereza Mey deyib: Məlumatların əldə olunmasında bizim təhlükəsizlik xidmətlərimiz sərbəst olmalıdırlar. Belə ki, ölkə və vətəndaşların təhlükəsizliyini qoruya bilsinlər.

İngiltərədə əsasən virtual aləmə nəzarət qaydaları daha da sərtləşdirilir və hər il nəzarət sistemləri daha da genişləndirilir.

 

Teqlər