AB ABŞ-ın tariflərinə qarşı mütənasib addımlar atacaq
-
AB ABŞ-ın tariflərinə qarşı mütənasib addımlar atacaq
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, Avropa ABŞ-ın tariflərinə qarşı mütənasib addımlar ataraq, öz maraqlarını müdafiə etsin.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini deyib ki, Avropa öz maraqlarının qorunması istiqamətində ABŞ-ın tariflərinə qarşı mütənasib addımlar atmalıdır.
ABŞ-ın ticarət naziri Vilber Ras dünən bildirib ki, bundan sonra Kanada, Meksika və Avropa Birliyindən daxil olan polad və alüminiuma rüsum tətbiq ediləcək.
Avropa Birliyi ötən aylarda çalışmışdı ki, Amerikadan daimi tarif güzəşti əldə etsin, amma ABŞ-ın ticarət naziri deyib ki, Avropa da Çin kimi tarifləri qəbul etməli və onları ödəməlidir.
ABŞ-ın bu hərəkəti Avropanın kəskin tənqidlərilə üzləşib.
Almaniyanın xarici işlər naziri Hayko Mas deyib ki, Amerikanın siyasətinə düzgün cavab, ilk növbədə müttəfiq Avropadır.
ABŞ bundan öncə Avropa Birliyi ölkələri, Kanada və Meksika üçün tarif güzəşti nəzərdə tutmuşdu, amma Vilber Rasın sözlərinə görə, bu güzəştlər daha uzadılmayacaq və bundan sonra bu ölkələrin idxalat poladına 25, alüminiumuna isə on faizlik rüsum tətbiq ediləcəkdir.