İyun 02, 2018 09:44 Asia/Baku
  • Şimali Koreya liderinin sağ əli Trampla görüşdü
    Şimali Koreya liderinin sağ əli Trampla görüşdü

Şimali Koreya liderinin xüsusi elçisi ABŞ prezidenti ilə görüşərək danışıqlar aparıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Şimali Koreyanın xüsusi elçisi və bu ölkə liderinin sağ əli sayılan Kim Yonq Çol cümə günü Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb və iki ölkə liderinin Sinqapurda gələcək görüşü haqda danışıqlar aparıb. 

Şimali Koreya liderinin xüsusi elçisi bu görüşdə bu ölkə lideri Kim Çen Inın Donald Trampla gələcək görüşü haqda məktubunu ona təqdim edib. 

ABŞ rəsmiləri deyirlər ki, Şimali Koreya liderinin ABŞ prezidentinə ünvanladığı məktubu ehtimal üzrə iki ölkə liderinin gələcək görüşünün iş gündəmi haqda bütün sualları cavablandırmaya bilər. Lakin Kim Çen In və Donald Trampı ehtimal üzrə baş tutacaq Sinqapur görüşünə bir addım da yaxınlaşdıra bilər. 

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın iclasının 12 iyunda Sinqapurda keçirilməsi qərara alınıb. Tramp bundan öncə Şimali Koreya lideri ilə iclası ləğv etmiş və sonradan yenidən onun bərpa olunmasını istəmişdi. 

Teqlər