Amerikalılar Trampın miqrasiya siyasətlərinə etiraz etdilər
ABŞ-da insan haqları üzrə fəal qruplar miqrant valideynlərin övladlarından ayrılmasına səbəb olan Trampın miqrasiyas siyasətlərinə etiraz olaraq aksiya keçiriblər.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın müxtəlif ştatlarında keçirilən aksiyalarda etirazçılar əllərində yazılı parçalar tutaraq, şüarlar səsləndirərək Tramp hökumətinin miqrantlar əleyhinə insan haqlarını pozmasını qınayıblar.
ABŞ-da məcburi şəkildə öz valideynlərindən ayrılan miqrant uşaqların sayının gün-gündən artmasından nigaranlıq edən etirazçılar prezidentdən tez bir zamanda öz yanlış miqrasiya siyasətlərini durdurmasını istəyiblər.
Bu etiraz aksiyaları Tramp hökumətinin oktyabr ayından indiyədək yüzlərlə miqrant ailəni qanuni sənədləri olmadığına görə, bir-birindən ayırdığını təsdiq etməsindən sonra keçirilib.
Aprel ayında təxminən 51 min qeyri-qanuni miqrant Meksika sərhədində saxlanılıb.
ABŞ-ın Sərhəd Reydi və Gömrüklər İdarəsinin statistikasına əsasən, bu miqrantların 4 min 314 nəfəri yanında heç kimi olmayan uşaqlar olub.